Xilasedici qayıqların inspeksiyası və təmiri

Uncategorized

Xilasedici qayıqların inspeksiyası və təmiri

“Marine-Service” MMC olaraq göstərdiyimiz peşəkar xidmətlər çərçivəsində “Xankəndi” gəmisinə məxsus iki ədəd işçi qayığının texniki baxış və tam təmir işlərini uğurla tamamladıq. Layihə ilkin texniki diaqnostika ilə başlamış və qayıqların texniki vəziyyəti ətraflı şəkildə yoxlanılmış, real istismar şəraitində yaranan nasazlıqlar müəyyən edilərək peşəkar komanda tərəfindən aradan qaldırılmışdır.

Görülən işlərə aşağıdakılar daxildir:

  • Qayığın sərt gövdəsindəki zədələrin bərpası və hypalon əsaslı şar sisteminin yenilənməsi
  • Mühərriklərin tam sökülməsi, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi və yenidən yığılması
  • Karbüratorların təmizlənməsi və sinxronizasiyası
  • Sükan sistemindəki nasazlıqların aradan qaldırılması və yağ sızmalarının bərpası
  • Qayığın gövdəsi ətrafında 300 metrdən artıq yeni qoruyucu kəndir toxunması (fender, tor, kauçuk örtükdə qoruyucu materiallar və yan/burun xəttləri)
  • Akkumulyatorların və digər köhnəlmiş mexaniki hissələrin yenilənməsi

Bütün təmir işləri yüksək texniki standartlara uyğun olaraq həyata keçirilmiş, sonda isə hər iki qayığın real şərtlərdə sınaq yürüşləri (sea trial) təşkil olunaraq tam funksional vəziyyətdə olduqları təsdiqlənmişdir.

Bu layihə şirkətimizin gəmi və qayıq təmiri sahəsində olan peşəkar təcrübəsini, keyfiyyətli xidmət yanaşmasını və dəniz əməliyyatlarına çevik dəstək vermək imkanlarını bir daha nümayiş etdirmişdir. Biz dəniz əməliyyatlarının təhlükəsiz və davamlı aparılması üçün etibarlı tərəfdaş olmağa davam edirik.